Bakı sakini Tovuzda qidadan zəhərlənib - FOTO

Tovuz. 7 mart. REPORT.AZ/ Tovuz rayonunda 21 yaşlı gənc qidadan zəhərlənib. 

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlının qəfildən halı pisləşib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan bildirilib ki, M.Haşımlının müayinədən sonra qidadan zəhərlənməsi müəyyən edilib: "Ona ilkin tibbi yardım göstərilib və vəziyyəti orta ağır qiymətləndirilir".

Digər xəbərlər

Modern.az 17 yaşını qeyd edir 01 sentyabr, 2026 / 13:28
Trend 31 yaşını qeyd edir 01 sentyabr, 2026 / 10:15
İTV 21 yaşını qeyd edir 29 avqust, 2026 / 09:29