AzTV-nin Bədii Şurasının üzvləri Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüşüb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət təmsilçiləri ilə görüşlərə başlayıb.

AZTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu il ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri keçirilib. 

Bədii Şuranın üzvləri AzTV-də aparılan islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42