Argentinada yeganə dövlət xəbər agentliyi bağlanacaq

Argentina Prezidenti Xavyer Miley siyasi rəqiblərinin “ideya təbliğatına” görə ölkənin yeganə dövlət xəbər agentliyi olan “Telam”ı bağlayacağını açıqlayıb.

“Report” Argentina KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı parlament sessiyasının açılışında söyləyib.

“Biz son onilliklərdə kirşnerizmin təbliğat agentliyi kimi istifadə edilən “Telam” agentliyini bağlayacağıq”, – Argentina Prezidenti vurğulayıb.

Miley daha əvvəl bütün dövlət mediasını özəlləşdirəcəyini bildirmişdi.

Digər xəbərlər