Bakı. 13 fevral. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fonduna Azərbaycan milli musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.
"Report" xəbər verir ki, bu nadir nümunələr Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yaradılmış “Himn” və 1934-cü ildə böyük İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmiş “Kantata” əsərləridir.