Qlobal rəqəmsal mühitdə irqçiliklə mübarizə alətlərinin təkmilləşdirilməsi təklif olunub

Qlobal rəqəmsal mühitdə irqçiliklə mübarizədə yeni alətlər yaradıla, yaxud mövcud alətlər təkmilləşdirilə bilər.

"Report" xəbər verir ki, bunu Avstraliyanın Viktoriya ştatında yerləşən Deakin Universitetinin baş elmi işçisi Emmanuel İlyas Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, rəqəmsal mühitdə irqçiliklə mübarizə aparılmalıdır:

"Hədəfimiz rəqəmsal irqçiliklə mübarizəni genişləndirməkdir. Stereotipləri və qərəzləri aradan qaldırmaq üçün mədəni məlumatlılıq artırılmalıdır. İrqçilik və ayrı-seçkilik ciddi problemdir. Proaktiv tədbirlər görülməlidir. Süni intellekt alətləri təkmilləşdirilərkən bu məsələlər nəzərə alınmalıdır. Öncədən tədbirlər görmək daha effektiv olar. Əks təqdirdə, rəqəmsal parçalanma qaçılmazdır".

Digər xəbərlər