Bakı. 18 noyabr. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış şair Rəfiq Zəka Xəndanın 75 illik yubileyi münasibətilə tədbir olacaq.
"Report" xəbər verir ki, bu barədə Dövlət Filarmoniyasından bildirilib.
Yubiley tədbiri noyabrın 25-də olacaq. Yubiley gecəsində şairin yaradıcılığından söz açılacaq, şeirlərinə yazılan mahnılar müğənnilərin ifasında səslənəcək.