Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Vəli oğlu Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sentyabrın 15-də sərəncam imzalayıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.