Bakı. 30 yanvar. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2016-cı il fevral ayına olan repertuar planı açıqlanıb.
"Report"un xəbərinə görə, repertuara 10 tədbir daxildir.
| 2 fevral Saat 14:00 | “Gəncliyin səsi” festivalı çərçivəsində keçirilən Ü.Hacıbəyli adına Baki Musiqi Akademiyasının tələbələrindən ibarət simfonik orkestrinin, “Sinfonietta Orkestri”nin və gənc Prezident təqaüdçülərinin konserti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərindən ibarət sərgi |
| 2 fevral saat 19:00 | Azərbaycan gəncləri gününə həsr olunan “Gənclər bizim sabahımızdır” adlı konsert F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev |
| 5 fevral saat 19:00 | Qara Qarayevin xatirəsinə həsr olunan konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev Solist – Elvin Hoja Qəniyev (violin) |
| 6 fevral saat 19:00 | Qara Qarayevin xatirəsinə həsr olunan kosert Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Bədii rəhbər və baş dirijor – Teymur Göyçayev Solistlər – Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (soprano) |
| 12 fevral saat 19:00 | Azərbaycan Dövlət Rəqs Ansamblı Bədii rəhbər Afaq Məlikova |
| 13 fevral saat 19:00 | Xalq artisti, müğənni, pianoçu Rauf Atakişiyevin 90 illiyinə həsr olunan konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev Dirijor – Yalçın Adıgözəlov Solistlər – Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəl-zadə (piano), Ülviyyə Hacıbəyova (piano) |
| 19 fevral saat 19:00 | Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev |
| 24 fevral saat 19:00 | Azərbaycan Dövlət Xor Kapellası Bədii rəhbər və baş dirijor – Gülbacı İmanova |
| 25 fevral saat 19:00 | Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti Dirijor – Fuad İbrahimov |
| 26 fevral saat 19:00 | Xocalı Soyqırımına həsr olunan anım mərasimi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev |