Bakı. 25 avqust. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru, professor İsrail İsrafilov avqustun 23-də dava edən xalq artistləri Ramiz Məlik və Ramiz Novruzu qəbul edib.
"Report" xəbər verir ki, hər iki aktyor direktorun yanında məsələlərini yenidən, səmimi şəkildə danışıblar. İsrafil İsrafilovun yanında ikinci dəfə barışıq əldə edilib. Ramiz Novruz Ramiz Məlikə əl uzadıb, həmkarlar barışıb, məsələni bitiriblər.
Ramiz Novruz barışığa səbəb olan hər kəsə, xalq artisti Zemfira Nərimanovaya, əməkdar artist Kazım Abdullayevə minnətdarlığını bildirib, bu hadisənin belə həddə gəlib çatmasından üzüldüyünü deyib.