Son 8 ayda Naxçıvan Muxtar Respublikasının (MR) muzeylərinə 398 yeni eksponat təqdim olunub.
Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 2026-cı ilin avqust ayında Naxçıvanın muzey fondlarına 185 yeni eksponat daxil edilib. Cari ilin 8 ayı ərzində muxtar respublikanın muzeylərinə verilən eksponatların ümumi sayı isə 398 olub.