"124-cü ilini yaşayan Azərbaycan Milli Kinosu özündə zəngin ənənələri ehtiva edib xalqımızın inkişafına böyük töhfə verərək bu günlərdə intibah dövrünü yaşamaqdadır".
"Report"un xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov tviterdə yazıb.
"Milli kino sahəsində çalışanları və kino sevərlərimizi bu münasibətlə ürəkdən təbrik edirəm. Kinomuz sərvətimizdir!”, - nazir bildirib.