Deputat: Məhsəti Gəncəvi kimi tarixi şəxsiyyətlərə bu formada yanaşma dəyərlərimizdən uzaqlaşmadır

Məhsəti Gəncəvi kimi tarixi şəxsiyyətlərə bu formada yanaşma milli-mənəvi dəyərlərdən, ənənələrdən tamamilə uzaqlaşmadır və bu cür addımlar qətiyyətlə pislənilməlidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın "Məhsəti" filmi barədə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycanın tarixi şəxsiyyətləri haqqında bu cür yanaşmanı ortaya qoymaq milli-mənəvi dəyərlərə, ənənələrə ziyanlı bir yanaşmadır və yolverilməzdir:

"Hamımıza məlum olduğu kimi, Məhsəti Gəncəvi Azərbaycanın çox böyük, dəyərli şairələrindən biridir və bu cür açıq-saçıq səhnələrin filmdə əksini tapması Azərbaycan tarixinə, mədəniyyətinə qarşı çox böyük bir hörmətsizlikdir".

Deputat Azərbaycan xalqının zəngin tarix və mədəniyyətinin olmasına diqqət çəkib:

"Azərbaycanın tarixi şəxsiyyətləri hər zaman özlərinin yüksək mədəniyyəti, əxlaqı, tərbiyəsi ilə seçiliblər. Ona görə bu cür filmlər bizim mədəniyyətimizə, dəyərlərimizə və tariximizə qarşı hörmətsizlikdir. Məhsəti Gəncəvi böyük tarixi bir şəxsiyyət olub. Onun Azərbaycan tarixində, mədəniyyatında özünəməxsus dərin bir yeri və rolu var və bu hörməti, dəyəri, yanaşmanı hər birimiz mütləq şəkildə qorumalıyıq və mədəniyyətimizə qarşı bu cür addımlar çox qətiyyətlə pisləməliyik".

Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın çəkdiyi "Məhsəti" filmində Məhsəti Gəncəvi obrazı Azərbaycan poeziyasının aparıcı qadın simvolunun kimliyi tarixdən təcrid edilib. Film sosial şəbəkələrdə narazılığa səbəb olub.

Digər xəbərlər