Bakıda Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda XX əsrin iki dünya şöhrətli meksikalı rəssamı - Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, "Yol ortasında gülüş" adlı sərgi iyulun 6-da Landmarkda keçiriləcək.

Fotosərgidə iki məşhur rəssamın sevgi və yaradıcılıq həyatının tarixini əks etdirən fotolar nümayiş etdiriləcək.

Digər xəbərlər