Yerə beş asteroid yaxınlaşacaq

Sentyabrın 12-dək Yerə beş asteroid yaxınlaşacaq.

“Report” xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında məlumat verilib.

İlk, ev ölçüsündə olan asteroid sentyabrın 6-da Yerə ən yaxın, 5,11 milyon km məsafədən keçəcəyi gözlənilir.

Təyyarə və avtobus ölçüsündə növbəti iki astronomik obyekt sentyabrın 8-də Yerə yaxınlaşacaq.

Sentyabrın 10-da planetin yanından təyyarə ölçüsündə daha iki asteroid keçəcək. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon və 2,66 milyon km olacaq.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00