Yeni Zelandiyada hamilə nazir doğum evinə velosipedlə gəlib

Bakı. 20 avqust. REPORT.AZ/ Yeni Zelandiyada hamiləliyin 42-ci həftəsində olan 38 yaşlı qadın işləri üzrə nazir Culi Center doğum evinə velosipedlə gəlib.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, bu nəqliyyat vasitəsini "maşında kifayət qədər yer olmaması" səbəbindən seçib.

Nazir velosipedlə fotosunu öz "İnstagram" səhifəsində paylaşıb.

Center 3 aylıq analıq məzuniyyətindən sonra yenidən işinə qayıdacaq.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00