Bakı. 5 yanvar. REPORT.AZ/ Nepalın paytaxtı Katmanduda yalnız qadınların istifadəsi üçün nəzərdə tutulan avtobuslar istifadəyə verilib.
"Report" xəbər verir ki, bu addım ölkə hökuməti tərəfindən qadın sərnişinlərin cinsi zorakılıqdan qorunması məqsədi ilə atılıb.
Üzərində "yalnız qadınlar üçün" yazısı olan dörd 17 yerlik mini-avtobus nəqliyyatın sıx olduğu vaxtlar və axşam saatlarında paytaxtın əsas marşrutları üzrə hərəkət edəcəklər.
Avtobusları qadın sürücülər idarə edəcəklər.