Dubayda “Sony” şirkətinin sukeçirməz mağazası açılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Dubayda “Sony” şirkətinin sukeçirməz qurğular üçün ixtisaslaşdırılmış mağazası açılıb.

“Sony Aquatech Store” adlanan bu mağazanın özəlliyi onun suyun altında yerləşməsidir.

"Report"-un TRT-yə istinadən verdiyi xəbərə görə, mağaza kiçik dərinlikdə yerləşən günbəzdən ibarətdir. Orada hava olduğuna görə içəridə akvalanqsız da nəfəs almaq mümkündür. Mağazanın interyeri divarlarlardakı reklam materialları və bir neçə “Xperia” smartfonundan ibarətdir.

Şirkətin qurğuları yalnız müəyyən vaxt ərzində sukeçirməzdir.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00