Bakı. 13 yanvar. REPORT.AZ/ Bakının "İnter" İdman Klubunun prezidenti Georgi Nikolov ilk dəfə baba olub. "Report"un məlumatına görə, bolqarıstanlı funksionerin qız nəvəsi vətənində dünyaya gəlib.
Bu səbəbdən klub prezidenti "İnter"in Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını tərk edərək Bolqarıstana yollanıb.
Qeyd edək ki, Georgi Nikolov 9 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir. Onun 2 oğlu var.