Cənubi Afrika Respublikasının Tzanin şəhərində “Letaba” reqbi klubunun meydançasında keçirilən oyun zamanı 7 begemot meydana girib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, heyvanlar meydana çıxaraq sakitcə otlamağa başlayıblar.
“Far North Bulletin” nəşrinin təsisçisi Co Dreyerin fikrincə, begemotlar yaxınlıqdakı Letaba çayından gəliblər.