ABŞ-da keçiriləcək seçki ərəfəsində Yerə asteroid yaxınlaşacaq

Yerə nömrəsi 2018VP1 olan kiçik asteroid yaxınlaşacaq.

“Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.

Asteroidin diametri 2 metrdən 4 metrə qədərdir. Bildirilib ki, 3 noyabrda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.

Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək.

Asteroid “Apollonlar” qrupuna aiddir və 2018-ci ildə kəşf edilib.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00