Yaponiya ilə Panama bank hesabları məlumatlarının mübadiləsinə dair saziş imzalayacaq

Bakı. 23 may. REPORT.AZ/ Yaponiya və Panama bank hesabları barədə məlumatların mübadiləsinə dair saziş imzalayacaq. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya Maliyyə Nazirliyi açıqlama yayıb. 

Nazirliyin məlumatına əsasən, Panama hökuməti ilə bank hesabları, o cümlədən ofşorlar haqqında məlumatların mübadiləsi ilə saziş imzalanmasına dair razılığa gəlinib.

Qeyd edək ki, Yaponiya Panama ilə bank hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair saziş imzalayan ilk ölkə olacaq. 

Digər xəbərlər