Azərbaycanda səyahət sığortası üzrə ödənişlər 2 dəfə artıb

Bakı. 31 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 mln. 758,1 min manat olub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-noyabr aylarındakı göstəricidən 153,3 min manat və ya 4,25% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 657,9 min manat və ya 21,22% çoxdur.

Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin yanvarın 1-nə bu rəqəm 749,5 min manat təşkil edib ki, bu, yanvar-noyabr ayları ilə müqayisədə 61,6 min manat və ya 8,95%, 1 il əvvəl ilə müqayisədə isə 373,9 min manat və ya 1,99 dəfə çoxdur. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46