"Star Mining" maliyyə vəziyyətini açıqlayıb

"Star Mining" MMC 2025-ci ili 5,424 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 4,045 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Star Mining"in göstərdiyi xidmətlərdən (əməliyyat) gəlirləri 73,48 milyon manat (əvvəlki ilə nisbətən 36,2 % çox), xidmətlərinin maya dəyəri 54,099 milyon manat (7,3 % çox), ümumi və inzibati xərcləri 10,764 milyon manat (62,2 % çox), digər gəlirləri 229 min manat (2,6 % az), xalis maliyyə xərcləri 1,042 milyon manat (8,3 % az), maliyyə aktivlərində dəyərsizləşmə zərəri 177 min manat (3,7 dəfə az), valyuta məzənnələri üzrə zərəri 8 min manat (42,9 % az), mənfəət vergisi ödəmələri isə 2,195 milyon manat (əvvəlki il qənaət olub) təşkil edib.

Bu il yanvarın 1-nə "Star Mining"in aktivləri 39,915 milyon manat olub ki, bu da illik müqayisədə 25,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23 % artaraq 34,386 milyon manata, balans kapitalı isə 42,7 % artaraq 5,529 milyon manata çatıb.

Xatırladaq ki, "Star Mining" 2016-cı ildən dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 min manatdır.

Digər xəbərlər