Bakı. 24 iyul. REPORT.AZ/ "Silkway Bank" ASC-nin səhmlərinin 69,7%-nə nəzarət edən Zərifə Həmzəyeva payını 84,47%-ə çatdırıb.
Bu barədə "Report" bankın maliyyə hesabatına əsasən xəbər verir.
Hesabata görə, əvəzində "VIP Aviation Services" MMC-nin "Silkway Bank"dakı payı 30%-dən 15,22%-ə düşüb.
Bankın səhmlərinin 0,31%-i isə əvvəlki qaydada Elvira Əhmədovaya məxsusdur.