"Silk Vey Vest Aviaşirkəti” MMC "Bakı Fond Birjası" QSC-də (BFB) daha 10 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
İstiqrazlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.