Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi (əsaslı təmir işlərinin tamamlanması) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "S.H. İnşaat Xidməti" MMC-dir.
Qalib şirkətə 1 milyon 298,6 min manat ödəniləcək.