Bakı. 29 oktyabr. REPORT.AZ/Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitlərinin həcmi artıb.
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, 2018-ci il oktyabrın 1-nə sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitləri 84,2 mln. manat olub.
Bu, sentyabr ayının 1-i ilə müqayisədə 3,3 mln. manat və ya 4,1% çoxdur.