Bakı. 5 mart. REPORT.AZ/ Rusiyada illik qiymət artımının 6%-ə çatacağı ehtimalı azalıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) Pul siyasəti şöbəsinin müdiri Aleksey Zabotkin məlumat verib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin gələn il ölkədə illik inflyasiyanın 4%-ə düşəcəyi ilə bağlı proqnoz vermişdi.