Dünya bazarında qızılın qiyməti artıb.
“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,22 % və ya 4,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 984,85 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,08 % düşərək 1 unsiyası 25,367 ABŞ dolları təşkil edib.
Eyni zamanda, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,17 % düşərək 100,11 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.