Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) İllik Toplantısında bankın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə müzakirələr bu gün Bakıda Azərbaycanın sədrliyi ilə QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında aparılıb.
2027-ci ildə Bankın Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrlik isə Bolqarıstana keçir.
QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı iyulun 2-də "Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda" mövzusuna həsr olunacaq Biznes Forumla davam etdiriləcək.