"PAŞA Bank" ASC-nin səhmdarlarının sentyabrın 30-da, saat 17:00-da keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağının vaxtı oktyabrın 2-nə keçirilib.
"Report" xəbər verir ki, yığıncaq əvvəlcədən elan edildiyi kimi, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək.
Yığıncağın gündəliyinə Bankın təşkilati, o cümlədən, idarəetmə orqanlarına dair məsələlər daxildir.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.