Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı filialı kreditorlarına müraciət edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, 9A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib.