Bu ilin yanvar ayında Naxçıvan MR-da 180,3 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2,2 % artaraq 389 manat olub.
Naxçıvanda aylıq ÜDM-in 97,9 milyon manatlıq hissəsi sənayesinin hesabına formalaşıb. Bu, 1 il əvvələ nisbətən 1,3% çoxdur.