Bu il yanvarın 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3,8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70,2 % təşkil edib.
Bu ilin yanvar-mart aylarında yeni nəsil nəzarət kassa aparatları ilə qeydə alınmış dövriyyənin məbləği 27,4 milyon manatdan çox olub. Təkcə mart ayında dövriyyə yanvar ayı ilə müqayisədə 2,2 dəfə çox olub.