Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında 96 534 bank hesabı olub.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.
Mövcud hesabların 83 316-sı və ya 86,3 %-i aktiv hesablardır.
Bu ilin yanvar-avqust aylarında muxtar respublikada 29 250 yeni bank hesabı açılıb ki, bu da 1 il əvvələ nisbətən 14,2 % çoxdur.
Yeni hesabların 29 212-i aktiv hesablar olub.