Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar RR-da bütün maliyyə mənbələrindən əsas kapitala 605,6 milyon vəsait yönəldilib.
“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 577,4 milyon və yaxud 95,3 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.