“Naxçıvan Sığorta” ASC nizamnamə kapitalını 316 625,1 manat və yaxud 5,2% artırıb.
"Report" xəbər verir ki, şirkət kapitalını 6 099 144,7 manatdan 6 415 769,8 manata çatdırıb.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.