2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 709,4 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə real ifadədə 3,8 % çoxdur.
Xatırladaq ki, ötən il ölkədə 129,1 milyard manatlıq və yaxud 2024-cü illə müqayisədə 1,4 % çox ÜDM istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,7 % artıb.