"MJ Financial Services" BOKT nizamnamə kapitalını artırır

"MJ Financial Services" QSC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 4 800 160 manat və yaxud 17 dəfə artıraraq 300 010 manatdan 5 100 170 manata çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd yeni səhm buraxılacaq.

Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).

Digər xəbərlər