Milli Depozit Mərkəzi (MDM) əməkdaşlarının könüllü tibbi sığortalanması və avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkətə 67 270 manat ödəniləcək.
Satınalma çərçivəsində 3 əməkdaş və onların 3 ailə üzvü üçün VIP tibbi sığorta paketinin (minimum 10 000 manat), 83 əməkdaş və onların 60 ailə üzvü üçün standart tibbi sığorta paketinin (minimum 5 000 manat) əldə olunması nəzərdə tutulur.
Ötən il bu tenderin qalibi "Meqa Sığorta" ASC olub. Şirkətə 49 860 manat ödənilib.