Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 2024-2025-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Grovv Audit And Consulting" QSC-dir.
Qalib şirkətə 53,1 min manat ödəniləcək.