"Meqa Həyat Sığorta"nın xalis mənfəəti 89 % artıb

"Meqa Həyat Sığorta" ASC 2023-cü ili 1,086 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 89,2 % çoxdur.

Ötən il "Meqa Həyat Sığorta"nın gəlirləri 4,085 milyon manat (83,2 % çox), xərcləri 2,728 milyon manat (80,3 çox), mənfəət vergisi ödəmələri isə 272 min manat (89,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 23,557 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 42 % artaraq 10,688 milyon manata, balans kapitalı isə 6,3 % artaraq 12,869 milyon manata çatıb.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.

Digər xəbərlər