Mənzil İnşaatı Dövlət Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının audito üçün kotirovka sorğusu edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 78 manatdır.
İddiaçılar təkliflərini noyabrın 4-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 4-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Nexia Azerbaijan" olub. Şirkətə 30 680 manat ödənilib.