Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104026544 ISIN-li, 25 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor 20 sifariş təqdim edib.

Sifarişlərin qiyməti 88,947 manat (12,4949%) – 94,3688 manat (6,0001%) olub.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,9281 manat (6,5), orta ölçülmüş qiyməti isə 94,1479 manat (6,2501%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 25 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 9 oktyabr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Digər xəbərlər

ADB prezidenti Bakıda səfərdədir 14 noyabr, 2025 / 11:57