​Maliyyə naziri: "Daxili istiqrazların emissiyası davam etdiriləcək"

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi daxili istiqrazların emissiyasını davam etdirəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifovun sözlərinə görə, bu addımlar, o cümlədən istiqrazların gəlirliliyinin yüksəldilməsi manata etimadı artırmaq üçün nəzərdə tutulub: "Daxili bazarı inkişaf etdirmək, manata etimadı artırmaq istəyirik. Ona görə də kifayət qədər yüksək faiz dərəcəsi təklif etmişik".

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22