“Kapital Bank” maliyyə vəziyyətini açıqlayıb

“Kapital Bank” ASC bu ilin I yarısını 153,967 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24,2 % çoxdur.

Yanvar-iyun aylarında “Kapital Bank”ın gəlirləri 872,997 milyon manat (illik müqayisədə 31 % çox), xərcləri 631,779 milyon manat (39,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 49,677 milyon manat (8,5 % az), mənfəət vergisi ödəmələri isə 37,574 milyon manat (9,9 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Kapital Bank”ın aktivləri 12 milyard 714,118 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,3 % çoxdur. Bunun 4 milyard 752,59 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,2 % böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 28,7 % artaraq 11 milyard 608,803 milyon manata, o cümlədən depozit portfeli 24,7 % artaraq 9 milyard 477,352 milyon manata, balans kapitalı isə 14,2 % artaraq 1 milyard 105,315 milyon manata çatıb.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Digər xəbərlər