"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank" ASC-nin 20 milyon manat dəyərində yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
“Report” Birjaya istinadən xəbər verir ki, səhmlər dekabrın 22-də abunə yazılışı üsulu ilə yerləşdiriləcək.
Söhbət hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.