"İstehlak Mallarının Ekspertizası Mərkəzi"nin mənfəəti 18% azalıb

İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2020-ci ili 1,203 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 18,4% azdır.

Ötən il "İstehlak Mallarının Ekspertizası Mərkəzi" 4,603 milyon manat gəlir əldə edib ki, bu da illik müqayisədə 5,4% çoxdur. Bunun hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləridir.

Hesabat dövründə qurumun xərcləri isə 17,5% artaraq 3,4 milyon manat, o cümlədən işçi heyəti üzrə xərcləri 42,9% artaraq 3,092 milyon manat, amortizasiya xərcləri 2,1 dəfə azalaraq 59 min manat, digər əməliyyat xərcləri 48,7% azalaraq 117 min manat, sair əməliyyat xərcləri isə 2,8 dəfə azalaraq 132 min manat təşkil edib.

Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.

Digər xəbərlər

İlin son faizini qaçırmayın! 10 dekabr, 2025 / 11:56