İran Milli Bankının Bakı filialının kredit portfeli 3 dəfədən çox kiçilib

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 5,024 milyon manat mənfəətlə başa vurub.

"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 79,8 % çoxdur.

9 ay ərzində İran bankının gəlirləri 3,799 milyon manat (illik müqayisədə 61,4 % çox), xərcləri 1,25 milyon manat (19,2 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,475 milyon manat (24,6 % çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 118,298 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 48,6 % çoxdur. Bunun 1,78 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 68,4 % və yaxud 3,2 dəfə kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 82,5 % artaraq 72,117 milyon manata, o cümlədən depozit portfeli 25,7 dəfə artaraq 35,568 milyon manata, balans kapitalı isə 15,2 % artaraq 46,181 milyon manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Digər xəbərlər