Noyabrın 11-də, saat 10:00-da "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 12A ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi daxildir.
Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.